"Akkord" törəmə şirkətinin nizamnamə kapitalını artırır

Maliyyə
  • 06 oktyabr, 2022
  • 07:40
Akkord törəmə şirkətinin nizamnamə kapitalını artırır

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC törəmə şirkəti “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalını 616 min manat və yaxud 21,3% artıraraq 2,887 milyon manatdan 3,503 milyon manata çatdırmağı planlaşdırır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “Akkord Nəqliyyat” 2015-ci ildə yaradılıb.

44 filmi