Avropa Komissiyası (AK) tətbiqi yeni imkanlar yaradan, lakin maliyyə sabitliyi üçün risk daşıyan kriptovalyutaların monitorinqi və onlara nəzarətin yeni metodların hazırlanmasına başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin avro və sosial dialoq məsələləri üzrə müavini Valdis Dombrovskis cümə günü Avroqrupun Helsinkidə keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.
"AK hazırda bu valyutaların
V.Dombrovskis həmçnin qeyd edib ki, "Libra" kriptovalyutası layihəsi banklar və maliyyə qurumlarına transsərhəd tranzaksiyalarının dəyərini və vaxtını azaltmaq zərurəti barədə xatırlatmadır.
Qeyd edək ki, Avroqrupun Helsinkidə keçirilən qeyri-rəsmi görüşündən əvvəl Fransanın Maliyyə naziri Bruno Le Mer Aİ-nin öz dövlət rəqəmsal valyutasını yaratmağa və "Facebook"un kriptovalyutasından - "Libra"dan istifadənin qadağan olunmasını təklif edib.