Yuxarı

Fransa Avropa İttifaqına rəqəmsal valyuta yaratmağı təklif edib

Fransa Avropa İttifaqına rəqəmsal valyuta yaratmağı təklif edib

Fransa Avropa İttifaqında (Aİ) öz dövlət rəqəmsal valyutasını yaratmaq və Aİ-də "Facebook"un kriptovalyutasından - "Libra"dan istifadənin qadağan olunması barədə təklif verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın Maliyyə naziri Bruno Le Mer Aİ-nin iqtisadiyyat və maliyyə nazirlərinin Helsinkidə keçirilən qeyri-rəsmi görüşündə bildirib.

Onun sözlərinə görə, bu yolla Fransa öz maliyyə suverenliyini qoruyacaq.

"Həm Aİ daxilində, həm də onun hüdudlarından kənarda beynəlxalq tranzaksiyaların dəyərini azaltmaq və sürətini artırmağın ən yaxşı yollarını axtarıb tapmalıyıq. Buna görə mən Avroqrupun müzakirə edəcəyi mövzular sırasına dövlət rəqəmsal valyutasının yaradılması məsələsinin daxil edilməsini təklif etdim. Bu məsələyə həmçinin oktyabrda Vaşinqtonda keçiriləcək BVF-nin növbəti iclasında da baxılacaq", - Le Mer deyib.

"İndiki şəraitdə Aİ-də "Libra"nın dəstəkləməsini qadağan etməliyik. Söhbət istehlakçıların təhlükəsizliyindən, Avropa maliyyəsinin sabitliyindən və Aİ dövlətlərinin suverenliyindən gedir", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Facebook" gələn il öz kriptovalyutası olan "Libra"nı buraxmağı planlaşdırdığını açıqlayıb. Yeni valyuta blokçeyn texnologiyası - informasiyanın saxlanması cihazlarının ümumi serverə qoşulmadığı mərkəzləşdirilməmiş baza əsasında işləyəcək. Müxtəlif ölkələrin bir sıra dövlət rəsmiləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp, eləcə də bəzi milli banklar maliyyə əməliyyatlarının bu formasının cinayətə səbəb ola biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi