AIIB TRACECA-nın tərkib hissəsi olan layihəyə 300 mln avro kredit ayırıb

AIIB TRACECA-nın tərkib hissəsi olan layihəyə 300 mln avro kredit ayırıb Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) İspartakule-Çerkezköy dəmir yolu layihəsi üçün Türkiyəyə 300 milyon avro kredit ayıracaq.
Maliyyə
14 Dekabr , 2021 16:11
AIIB TRACECA-nın tərkib hissəsi olan layihəyə 300 mln avro kredit ayırıb

Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) İspartakule-Çerkezköy dəmir yolu layihəsi üçün Türkiyəyə 300 milyon avro kredit ayıracaq.

“Report”un Bankın məlumatına istinadən verdiyi xəbərə görə, bu strateji nəqliyyat layihəsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) bir hissəsini təşkil edir və Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirmək məqsədi daşıyır.

Layihənin məqsədi dəmir yolu nəqliyyatının təhlükəsizliyini, sərnişin və yük daşıma qabiliyyətini və sürətini artırmaqdır. Layihə çərçivəsində İspartakule ilə Çerkəzköy arasında yeni ikixətli, elektrikləşdirilmiş yüksək sürətli dəmir yolunun tikintisi nəzərdə tutulur.

Layihə başa çatdıqdan sonra, insanlar müvafiq Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) əlaqələri ilə Aİ standartlarına uyğun interoperativ milli dəmir yolu nəqliyyat dəhlizinə çıxış əldə edəcəklər.

Bundan başqa, layihə dizaynı həm tikinti, həm də istismar fazalarında enerji istifadəsini minimuma endirəcək və yanacaq istifadəsini azaltmaq üçün tədbirləri əhatə etdiyindən layihə, istixana qazları emissiyalarının azaldılmasına töhfə verəcək.

Qeyd edək ki, layihəyə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabr ayında 150 milyon avro kredit ayırmışdı.

Xatırladaq ki, TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.

Son xəbərlər

Orphus sistemi