AIIB "Bir kəmər - bir yol" layihəsini maliyyələşdirəcək

AIIB "Bir kəmər - bir yol" layihəsini maliyyələşdirəcək Bu layihənin ümumi dəyəri isə 1 trln. ABŞ dolları həcmində qiymətləndirilir
Maliyyə
17 May , 2017 10:42
AIIB Bir kəmər - bir yol layihəsini maliyyələşdirəcək

Bakı. 17 may. REPORT.AZ/ Pekində Çin hökuməti tərəfindən təqdim olunan və əsrin infrastruktur layihəsi adlanan "Bir kəmər - bir yol" layihəsinə həsr edilən 2 günlük sammit başa çatıb. Ümumi dəyəri 1 trln. ABŞ dolları həcmində olan bu təşəbbüsün böyük ölçüdə Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən maliyyələşdiriləcəyi bildirilir. "Report" "Valuewalk" saytına istinadən xəbər verir ki, layihənin başlıca məqsədi Afrika, Asiya və Avropada sərbəst ticarəti inkişaf etdirməkdir. Görüşdə 30 ölkənin prezident və baş nazirləri iştirak ediblər.

Qeyd edək ki, hazırda 57 ölkə AIIB-in üzvüdür. Bankın başlanğıc kapitalının 30 mlrd. dollar və ya 32%-i Çinə aiddir. Çinin Bankda səsvermə hüququ 27,8276%, Hindistanın 8,0213%, Rusiyanın 6,3276%, Azərbaycanın isə 0,517%-dir.

AIIB-in əsas məqsədi Asiyada nəqliyyat, telekommunikasiya və energetika layihələrinə investisiya qoymaq və uzunmüddəli maliyyələşməni təmin etməkdir. Hazırda AIIB Azərbaycan və Tacikistan da daxil olmaqla 8 ölkədə 1,73 mlrd. dollar dəyərində 13 layihənin maliyyələşməsini təsdiq edib. Azərbaycanda AIIB 8,6 mlrd. dollarlıq TANAP layihəsinə 600 mln. dollar investisiya həyata keçirir. Çin TANAP layihəsindən birbaşa mənfəət əldə etməsə də, gələcəkdə Xəzər hövzəsindən Çinə boru xəttinin inşası təşəbbüsü yarana bilər.

AIIB 100 mlrd. dollar ilkin kapital və illik 4-5 mlrd. dollarlıq investisiya həcmi ilə Çinin əsas böyük kreditorları olan Çin İnkişaf Bankı və Çin "Eximbank"ı ilə müqayisədə kiçik oyunçu hesab edilir. Lakin, AIIB "Bir kəmər - bir yol" layihəsində önəmli rol oynayacaq. Çin AIIB, Yeni İnkişaf Bankı və "İpək Yolu" Fondu ilə bərabər yaradacağı digər maliyyə institutları vasitəsilə önəmli geosiyasi və geoiqtisadi təsir gücü əldə etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi