Azərbaycan İnvestisiya Holdinqi (AİH) Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələri, birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bu barədə “Report”a holdinqdən bildirilib.
Azərbaycan İnvestisiya Holdinqinin rəhbər heyəti ilə AİİB investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə AİİB-in nümayəndə heyətini məlumatlandıraraq, onlar üçün maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.