AİB inkişaf etməkdə olan ölkələr üçün ÜDM-in artım proqnozunu yaxşılaşdırıb

AİB inkişaf etməkdə olan ölkələr üçün ÜDM-in artım proqnozunu yaxşılaşdırıb Asiyadanın inkişaf etməkdə olan ölkələrində iqtisadi aktivlik bu il 0,4% azalacaq, 2021-ci ildə isə 6,8% artacaq
Maliyyə
10 Dekabr , 2020 12:39
AİB inkişaf etməkdə olan ölkələr üçün ÜDM-in artım proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (AİB) bu il qitənin inkişaf etməkdə olan ölkələrində iqtisadi artım proqnozlarını -0,7%-dən -0,4%-ə qədər yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu məlumatlar qərargahı Manilada yerləşən bankın cümə axşamı yayımladığı hesabatda verilib.

“Asiyadanın inkişaf etməkdə olan ölkələrində iqtisadi aktivlik bu il 0,4% azalacaq, 2021-ci ildə isə 6,8% artacaq. Çünki region koronavirus pandemiyasının təsirlərindən qurtulmağa başlayıb”, - hesabatda deyilir.

Xatırladaq ki, sentyabrda AİB cari ilin sonunda 0,7% səviyyəsində azalma proqnozlaşdırmışdı. Gələn il üçün proqnoz isə dəyişməyib.

Ayrı-ayrı ölkələrə gəlincə, AİB 2020-ci ildə Çin iqtisadiyyatının əvvəllər elan edildiyi kimi 1,8% yox, 2,1% böyüyəcəyini gözləyir. Tayvan üçün proqnoz 0,8%-dən 1,7%-ə, Vyetnam üçün 1,8%-dən 2,3%-ə qaldırılıb. Hindistanda ÜDM-də azalma proqnozu 9%-dən 8%-ə, Honkonqda 6,5%-dən 5,5%-ə, Taylandda 8%-dən 7,8%-ə dəyişib. Digər yandan, İndoneziya, Malayziya və Filippin kimi ölkələr üçün tənəzzül proqnozları bir qədər pisləşib.

Region dövlətləri üçün inflyasiya proqnozu 2,9%-dən 2,8%-ə dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi