Aİ səfiri: "İranla ticarət aparmaq üçün yaradılan İNSTEX ödəmələr kanalı ABŞ-a qarşı yönəlməyib"

Maliyyə
  • 01 fevral, 2019
  • 11:27
Aİ səfiri: İranla ticarət aparmaq üçün yaradılan İNSTEX ödəmələr kanalı ABŞ-a qarşı yönəlməyib

Bakı. 1 fevral. REPORT.AZ/ İranla ticarət aparmaq üçün Avropa İttifaqının (Aİ) yaratdığı İNSTEX (İnstrument in Support of Trade Exchanges – ticarət mübadiləsinə dəstək aləti) ödəmələr kanalı ABŞ-a qarşı yönəlmir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Rusiyadakı daimi nümayəndəsi Markus Ederer bildirib.

“Yaradılan mexanizm ABŞ-a qarşı yönəlmir, bütün beynəlxalq öhdəliklərə əsasən çalışacaq, o cümlədən qanunsuz əldə edilən vəsaitlərin yuyulmasına, terrorun maliyyələşdirilməsinə əngəl olacaq”, - deyə diplomat vurğulayıb.

Ötən gün Avropa İttifaqı xarici işlər nazirlərinin Buxarestdəki qeyri-rəsmi görüşü zamanı Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri tərəfindən ABŞ-ın İrana qarşı yürütdüyü sanksiyalardan yayınaraq həmin ölkə ilə işgüzar ticarət əlaqələrinə davam etmək məqsədilə İNSTEX adlı tədiyyə mexanizmini tətbiq etdiklərini açıqlamışdılar. Həmin mexanizmin ilk dövrdə əczaçılıq məhsulları, tibbi avadanlıq, kənd məhsulları kimi həyati əhəmiyyət daşıyan sektorlara yönələcəyi vurğulanıb.

44 - Tezliklə