AİF xətti ilə verilən kreditlərin həcmi 795 mln. manata çatıb

AİF xətti ilə verilən kreditlərin həcmi 795 mln. manata çatıb Son bir ayda dövlət ipoteka kreditləşməsinin həcmi 16,038 mln. manat artıb
Maliyyə
1 May , 2017 10:18
AİF xətti ilə verilən kreditlərin həcmi 795 mln. manata çatıb

Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC (AİF) xətti ilə indiyə qədər 19 027 ipoteka krediti verilib.

"Report" AİF-ə istinadən xəbər verir ki, bu kreditlərin ümumi məbləği 794 994 480 manat olub. Bu isə o deməkdir ki, dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41 782,44 manatdır. İpoteka kreditlərinin sayında bir ayda 269 və ya 1,43%, kreditlərin məbləğində isə 16 037 650 manat və ya 2,06% artım qeydə alınıb.

Xatırladaq ki, AIF ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi