Avropa İttifaqında (Aİ) iflasla bağlı müraciətlərin sayı üçüncü rübdə ikinci rüblə müqayisədə 16,3 % artıb.
“Report” xəbər verir ki, bu barədə “Vedomosti” Avropa Statistika Bürosunun (Avrostat) məlumatlarına istinadən bildirib.
Nəşr qeyd edib ki, Avropada artıq beşinci aydır ki, müflis olmaq üçün müraciətlərin sayı artır.
Ən böyük artım mənzil xidmətləri və qida (+24 %), maliyyə və sığorta fəaliyyəti (+17,8 %) və “sənaye” (+16,2 %) kimi sahələrdə qeydə alınıb. Avrostatın məlumatına görə, ən az artım informasiya və rabitə sektorunda (+1,6 %) müəyyən edilib. Müraciətlərin sayında azalma yalnız bir sektorda - daşıma və saxlanc (-5,4 %) sahəsində qeydə alınıb.
Eyni zamanda, Aİ-də ikinci rüblə müqayisədə iflasların sayında ən sürətli artım Macarıstan (+110,6 %), İspaniya (+66,1 %) və Litvada (+4 %) olub. İflas ərizələrinin sayında ən ciddi azalma Rumıniyada (-36,1 %), Kiprdə (-32,7 %), Estoniyada (-21,3 %) qeydə alınıb.