AİB: Dünya iqtisadiyyatının itkisi 8,8 trilyon dollara çata bilər

AİB: Dünya iqtisadiyyatının itkisi 8,8 trilyon dollara çata bilər Bu il koronavirus pandemiyasının yaratdığı fəsadlara görə dünya iqtisadiyyatının itkisi 5,8 - 8,8 trilyon ABŞ dolları aralığında dəyişə bilər.
Maliyyə
15 May , 2020 10:25
AİB: Dünya iqtisadiyyatının itkisi 8,8 trilyon dollara çata bilər
google.az

Bu il koronavirus pandemiyasının yaratdığı fəsadlara görə dünya iqtisadiyyatının itkisi 5,8 - 8,8 trilyon ABŞ dolları aralığında dəyişə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu proqnoz qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankının (AİB) hesabatında yer alıb.

“Yeni növ koronavirusun səbəb olduğu pandemiya nəticəsində dünya iqtisadiyyatı 5,8 trilyondan 8,8 trilyon ABŞ dollarına qədər itki verə bilər ki, bu da qlobal ümumi daxili məhsulun 6,4 - 9,7%-nə bərabərdir”, - sənəddə deyilir.

Bank ekspertləri qeyd ediblər ki, zərərlərinin 8,8 trilyon ABŞ dolları olacağı təxmini məhdudiyyətlərin altı ay ərzində qüvvədə olacağı uzunmüddətli risk dövrü üçün ssenarinin qiymətləndirilməsidir. İqtisadi aktivliyin üç ayda bərpa olunacağı ssenaridə isə bu rəqəm 5,8 trilyon ABŞ dolları olacaq. 

Son xəbərlər

Orphus sistemi