“AGBank”ın yeni səhmlərinə abunə yazılışı avqustun 9-da başlayacaq

“AGBank”ın yeni səhmlərinə abunə yazılışı avqustun 9-da başlayacaq Bakı. 7 avqust. REPORT.AZ/ “AGBank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Bank tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 2,9 mln. ədəd (5,8 mln. manatlıq) adi səhmlərin emissiya edilməsi qərara alınıb.
Maliyyə
7 Avqust , 2018 15:46
“AGBank”ın yeni səhmlərinə abunə yazılışı avqustun 9-da başlayacaq

Bakı. 7 avqust. REPORT.AZ/ “AGBank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Bank tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 2,9 mln. ədəd (5,8 mln. manatlıq) adi səhmlərin emissiya edilməsi qərara alınıb.

“Report” xəbər verir ki, bu barədə “AGBank”ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yeni səhm emissiyasını bu il iyulun 26-da AZ1001000970 nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə, “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Səhmlərə abunə yazılışı avqustun 9-dan noyabrın 9-na qədər davam edəcək. Prosesdə rezident investorlarla yanaşı, qeyri-rezident investorlar da iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi