"AGBank"ın problemli kreditlərinin 4/5-i Bakı və Sumqayıtın payına düşür

"AGBank"ın problemli kreditlərinin 4/5-i Bakı və Sumqayıtın payına düşür Bəzi şəhər və rayonlarda bankın vaxtı keçmiş kreditləri yox dərəcəsindədir
Maliyyə
22 Noyabr , 2016 17:18
AGBankın problemli kreditlərinin 4/5-i Bakı və Sumqayıtın payına düşür

Bakı. 22 noyabr. REPORT.AZ/ "AGBank" ASC-nin vaxtı keçmiş kreditlərinin həcmi 2016-cı il oktyabrın 1-nə 118,253 mln. manat təşkil edib. 

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 77,504 mln. manatı və yaxud 65,5%-i Bakı, 15,366 mln. manatı və yaxud 13,2%-i isə Sumqayıt şəhərinin payına düşür.

"AGBank"ın bəzi şəhər və rayonlarda isə problemli kreditləri 1-10 mln. manat arasında dəyişir. Məsələn, bankın Bərdədə 1,001 mln. manat, Ağdaşda 5,459 mln. manat, Salyanda 1,49 mln. manat, Gəncədə 5,656 mln. manat, Göyçayda 1,126 mln. manat, Yevlaxda 4,74 mln. manat, Şamaxıda 2,046 mln. manat vaxtı keçmiş krediti var.

Digər bölgələrdə isə problemli kreditlərin məbləği 1 mln. manatdan azdır. Məsələn, Qobustanda 599 min manat, Qubada 538 min manat, Masallıda 293 min manat, Şuşada 442 min manat, Qəbələdə 420 min manat, Ağsuda 283 min manat, Kürdəmirdə 120 min manat, Abşeronda 245 min manatdır.

Bəzi şəhər və rayonlarda isə "AGBank"ın vaxtı keçmiş kreditləri demək olar ki, yoxdur. Söhbət Biləsuvar, Zaqatala, Xankəndi, Bərdə, Qubadlı, Qusar, Lerik, Xocalı, Yardımlı, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Zəngilan və Kəngərli kimi bölgələrdən gedir.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 51,1 mln. səhm əsasında formalaşıb. Səhmlərin 31,68%-i Çingiz Əsədullayevə (Müşahidə Şurasının sədri), 8,3%-i Qriqori Marçenkoya, 5,79%-i Fərzulla Yusifova, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i "Kazimir Partners" şirkətinə, qalan 47,5%-i isə 80 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi