“AFB Bank”ın xalis mənfəəti 71% azalıb

“AFB Bank”ın xalis mənfəəti 71% azalıb “AFB Bank” ASC 2019-cu ili 6,244 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
30 Yanvar , 2020 13:19
“AFB Bank”ın xalis mənfəəti 71% azalıb

“AFB Bank” ASC 2019-cu ili 6,244 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ciilənisbətən 71,2% azdır.

Ötən il “AFB Bank”ın gəlirləri 40,253 milyon manat (illik müqayisədə 11,1% az), xərcləri 23,268 milyon manat (10,2% az), xüsusi ehtiyatlara ayırmaları 7,338 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,094 milyon manat (52,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 574,707 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37,6% çoxdur. Bunun 322,277 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 2,1 dəfə böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 49,8% artaraq 494,248 milyon manata, o cümlədən depozit portfeli 87,9% artaraq 379,425 milyon manata çatıb, balans kapitalı isə 8,1% azalaraq 80,459 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi