“AFB Bank”ın xalis mənfəəti 30 % azalıb

Maliyyə
  • 12 yanvar, 2024
  • 12:30
“AFB Bank”ın xalis mənfəəti 30 % azalıb

“AFB Bank” ASC 2022-ci ili 7,652 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 29,7 % azdır.

Ötən il "AFB Bank”ın gəlirləri 30,332 milyon manat (əvvəlki illə müqayisədə 2,3 % çox), xərcləri 23,733 milyon manat (18,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 3,528 milyon manat (9,5 % az), mənfəət vergisi ödəmələri 2,475 milyon manat (8,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 330,668 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,1 % çoxdur. Bunun 162,098 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,4 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 25,7 % artaraq 249,998 milyon manata, o cümlədən depozit portfeli 44,8 % artaraq 168,256 milyon manata çatıb, balans kapitalı isə 3,4 % azalaraq 80,669 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti