“AFB Bank”ın mənfəəti 73% artıb

“AFB Bank”ın mənfəəti 73% artıb Bank bu ilin I rübünü 4,425 milyon manat mənfəətlə başa vurub
Maliyyə
15 Aprel , 2021 16:23
“AFB Bank”ın mənfəəti 73% artıb

“AFB Bank” ASC bu ilin I rübünü 4,425 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 73,3 % çoxdur.

Yanvar-mart aylarında “AFB Bank”ın gəlirləri 7,062 milyon manat (illik müqayisədə 26,2 % az), xərcləri 4,065 milyon manat (17,1 % az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1,428 milyon manat (1 il əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 263,864 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,3 % azdır. Bunun 124,542 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 68,5 % kiçilib.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 63,1 % azalaraq 182,373 milyon manata, o cümlədən depozit portfeli 75,5 % azalaraq 93,571 milyon manata, balans kapitalı 2 % azalaraq 81,491 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi