“AFB Bank”ın mənfəəti 45 % azalıb
- 12 oktyabr, 2023
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 6,293 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 45 % azdır.
9 ay ərzində "AFB Bank”ın gəlirləri 21,281 milyon manat (illik müqayisədə 1,3 % çox), xərcləri 16,934 milyon manat (25,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,946 milyon manat (49,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 304,624 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1 % çoxdur. Bunun 150,447 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,1 % böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 8,3 % artaraq 225,906 milyon manata, o cümlədən depozit portfeli 23,2 % artaraq 146,169 milyon manata çatıb, balans kapitalı isə 6,2 % azalaraq 78,718 milyon manata düşüb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.