"AFB Bank"ın İdarə Heyətinə yeni sədr təyin edilib

Maliyyə
  • 02 may, 2025
  • 12:45
AFB Bankın İdarə Heyətinə yeni sədr təyin edilib

"AFB Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, “AFB Bank”ın Müşahidə Şurasının qərarı ilə sözügedən vəzifə Amid Qənbərova həvalə olunub.

O, 2024-cü ildən Şuranın müstəqil üzvü olub və yeni vəzifəsində bu ilin fevral ayında işdən çıxmış Orxan Xubanlını əvəz edib.

Bundan başqa, indiyə qədər Şuranın müstəqil üzvü olan Viladi Maniyev də vəzifəsindən kənarlaşdırılıb. O, həm də "Azsığorta" ASC-nin Direktorlar Şurasının sədridir.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.

44 filmi