“AFB Bank”ın depozit portfeli azalıb
- 25 yanvar, 2023
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“AFB Bank” ASC 2022-ci ili 10,884 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 17 % çoxdur.
Ötən il "AFB Bank”ın gəlirləri 29,647 milyon manat (əvvəlki illə müqayisədə 29,5 % çox), xərcləri 19,956 milyon manat (6,5 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 3,9 milyon manat (51,6 % az), mənfəət vergisi ödəmələri isə 2,706 milyon manat (6,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 282,381 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,7 % çoxdur. Bunun 149,56 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29 % böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 4,1 % artaraq 198,907 milyon manat, o cümlədən depozit portfeli 0,9 % azalaraq 116,168 milyon manat, balans kapitalı isə 2,8 % artaraq 83,475 milyon manat olub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.