“AFB Bank”ın balans kapitalı 10 % azalıb

Maliyyə
  • 25 aprel, 2023
  • 11:23
“AFB Bank”ın balans kapitalı 10 % azalıb

“AFB Bank” ASC bu ilin I rübünü 2,603 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% çoxdur.

Yanvar-mart aylarında "AFB Bank”ın gəlirləri 6,648 milyon manat (illik müqayisədə 7,5 % çox), xərcləri 5,659 milyon manat (35,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,613 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 290,487 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur. Bunun 146,323 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,9 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 19 % artaraq 215,345 milyon manata, o cümlədən depozit portfeli 22,3 % artaraq 127,524 milyon manata çatıb, balans kapitalı isə 9,6 % azalaraq 75,142 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

44 filmi