"AFB Bank" I rübü zərərlə başa vurub

Maliyyə
  • 16 aprel, 2024
  • 16:35
AFB Bank I rübü zərərlə başa vurub

“AFB Bank” ASC bu ilin I rübünü 457 min manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 2,603 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında "AFB Bank”ın gəlirləri 8,09 milyon manat (illik müqayisədə 21,7 % çox), xərcləri 5,668 milyon manat (0,2 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 2,879 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 290,685 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % çoxdur. Bunun 157,81 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,9 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 2,3% azalaraq 210,404 milyon manat, o cümlədən depozit portfeli 2,7 % artaraq 130,996 milyon manat, balans kapitalı isə 6,8% artaraq 80,281 milyon manat olub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti