ADRNF-in bölüşdürülməmiş mənfəəti 42 milyard manata yaxınlaşıb

ADRNF-in bölüşdürülməmiş mənfəəti 42 milyard manata yaxınlaşıb Dövlət Neft Fondu (ARDNF) 2021-ci ili 1 milyard 556,203 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
25 Avqust , 2022 11:27
ADRNF-in bölüşdürülməmiş mənfəəti 42 milyard manata yaxınlaşıb

Dövlət Neft Fondu (ARDNF) 2021-ci ili 1 milyard 556,203 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-cu illə müqayisədə 3,45 dəfə azdır.

Bununla belə, qurumun bölüşdürülməmiş mənfəəti 3,9 % artaraq 41 milyard 825,204 milyon manata çatıb.

Ötən il ARDNF-in əməliyyat gəlirləri 1 milyard 568,011 milyon manat (əvvəlki ilə nisbətən 3,4 dəfə az), əməliyyat xərcləri 74,192 milyon manat (15,2 % az), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay hesabına gəlirləri 66,78 milyon manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4,396 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 76 milyard 917,411 milyon manat olub ki, bu da, illik müqayisədə 3,4 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 8,9% azalaraq 584,978 milyon manata, balans kapitalı isə 3,5% artaraq 76 milyard 332,433 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi