ADIF ötən il 35 hərrac keçirib

ADIF ötən il 35 hərrac keçirib Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən il Xammal və Əmtəə Birjası vasitəsilə 35 hərrac keçirib.
Maliyyə
9 Yanvar , 2019 10:27
ADIF ötən il 35 hərrac keçirib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən il Xammal və Əmtəə Birjası vasitəsilə 35 hərrac keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu hərraclarda “Bank Standard” QSC-yə, “Atra Bank”, “Bank of Azerbaijan”, “Deka Bank”, “Dəmir Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Royal Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lərə məxsus 13 daşınar və 136 daşınmaz əmlak, o cümlədən, avtomobillər, inkassator maşınları, mebel, kompüter və elektrik avadanlıqları, bankomat və digər bank avadanlıqları satılıb.  

Son xəbərlər

Orphus sistemi