ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb Bu il oktyabrın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 116 458 kredit olub.
Maliyyə
29 Noyabr , 2021 13:09
ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

Bu il oktyabrın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 116 458 kredit olub.

“Report” xəbər verir ki, bu barədə ADIF məlumat yayıb.

Məlumata görə, bunlardan 47 482-si məhkəməyəqədərki, 8 807-si məhkəmə, 60 169-u isə icra statusundadır. Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar ​​"AG Bank", ​"Amrah Bank", “Atabank”, ​"Atra Bank","Bank of Azerbaijan", ​"Borçalı Bank”, ​"Evro Bank", ​"Kredo Bank", ​"Royal Bank", ​"Texnika Bank", ​"Yunayted Kredit Bank", ​"Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank", və "Qafqaz İnkişaf Bankı" ASC-lər, "Bank Standard" QSC-dir.

Son xəbərlər

Orphus sistemi