ADIF indiyə qədər 1,5 milyard manat kompensasiya ödəyib

ADIF indiyə qədər 1,5 milyard manat kompensasiya ödəyib Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyətdə olduğu 15 il ərzində 1 494 376 614 manat kompensasiya ödəyib.
Maliyyə
12 Aprel , 2022 11:41
ADIF indiyə qədər 1,5 milyard manat kompensasiya ödəyib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyətdə olduğu 15 il ərzində 1 494 376 614 manat kompensasiya ödəyib.

“Report” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qurumun kompensasiya ödədiyi əmanətçilərin ümumi sayı təxminən 53,8 min nəfərdir.

Xatırladaq ki, ADIF Milli Məclisin 29 dekabr 2006-cı il tarixində qəbul etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanuna və Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixində imzaladığı fərmana əsasən yaradılıb, 12 avqust 2007-ci il tarixindən fəaliyyətə başlayıb. Fondun məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

ADIF-i ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor idarə edir.

Son xəbərlər

Orphus sistemi