Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” ARDNF-ə istinadən xəbər verir ki, görüşdə İ.Məmmədov qonaqlara Fondun investisiya siyasəti, investisiya portfelinin başlıca istiqamətləri, qurumun vəsaiti hesabına maliyyələşdirilən layihələr, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu, Azərbaycanın 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasının əsas hədəfləri barədə geniş məlumat verib.
İcraçı direktor Bankın Azərbaycanda həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.
Ş. Çen isə Azərbaycanla gələcəkdə Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.