ADB ölkədə makroiqtisadi idarəetmənin gücləndirilməsinə töhfə verəcək

ADB ölkədə makroiqtisadi idarəetmənin gücləndirilməsinə töhfə verəcək Ümumi büdcəsi 800 min ABŞ dolları təşkil edən texniki dəstək layihəsi Qafqaz və Mərkəzi Asiya ölkələrini əhatə edəcək
Maliyyə
15 Oktyabr , 2020 15:48
ADB ölkədə makroiqtisadi idarəetmənin gücləndirilməsinə töhfə verəcək

Asiya İnkişaf Bankı (ADB) Qafqazda və Mərkəzi Asiyada Makroiqtisadi İdarəetmə üzrə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığının gücləndirilməsi üzrə texniki dəstək layihəsini həyata keçirəcək. Layihənin büdcəsi 800 min ABŞ dolları təşkil edir.

“Report” xəbər verir ki, layihə Azərbaycanda, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda, Monqolustanda, Tacikistanda, Türkmənistanda, Özbəkistanda icra ediləcək.

Layihə makroiqtisadi əlaqəli sahələrin potensial inkişafını həyata keçirəcək. Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələrində maliyyə töhfəsini təmin edəcək. Layihənin icrası üçün texniki yardım mərkəzi 2021-ci ilin ortlarında Qazaxıstanda yaradılacaq.

Region ölkələri borc idarəetməsi üzrə əhəmiyyətli çətinliklərlə, çağırışlarla üzləşirlər. Monqolustanın xarici borcu 2008-2009-cu illərin maliyyə böhranından sonra artmağa başladı. Xarici borcun ÜDM-yə nisbəti o vaxtdan bəri bir qədər azalsa da, hazırda çoxdur. 2014-2015-ci illərdə neftin qiymətinin kəskin azalması Qafqazda və Asiya ölkələrində dövlət borcunun və xarici borcun, büdcə kəsirinin artmasına səbəb olub. Bütün Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə dövlət borcu ümumilikdə 2000-2014-cü il üçün ÜDM-nin 17,1%-ni təşkil edirdisə, lakin sonradan artaraq 2019-cu ildə artıq 26,3%-ə çatdı. Eyni dövrdə ümumi xarici borcların ÜDM-yə nisbəti 54,3% -dən 68,2% -ə qədər artdı.

Koronavirus pandemiyasının yayılması və neftin ucuzlaşması milli valyuta və dövlət xərcləri üzərində ciddi təzyiq yaratdı. Qafqaz və Mərkəzi Asiya bölgəsində yerləşən ölkələr bir tərəfdən borc ilə bağlı artan həssaslığı aradan qaldırmaq və digər tərəfdən infrastruktur və sosial xərclər üçün maliyyə sahəsinin idarəetməsi ilə bağlı ikiqat problemlərlə üzləşirlər.

Layihənin icrasında məqsəd ekoloji cəhətdən davamlı böyümənin, hərtərəfli iqtisadi artımın, regional inteqrasiyanın təmin edilməsidir.

Bununla yanaşı, layihənin icrasında aşağıdakı hədəflər müəyyən edilib:

- Davamlı şəkildə daha yüksək və əhatəli böyüməyə nail olaraq həyat səviyyəsini yaxşılaşdırmaq;

- Qərar qəbul etmək üçün gücləndirilmiş makroiqtisadi və maliyyə statistikasının tərtib edilməsi və yayılmasına dəstək göstərmək;

- İqtisadi siyasət formalaşdırma prosesini dəstəkləmək üçün müvafiq qurumlarda makroiqtisadi proqnozlaşdırma və siyasət təhlili qabiliyyətinin formalaşadırılması.

Vergi inzibatçılığı və idarəetmə tənzimləmələrinin təkmilləşdirilməsinə nail olmaq.

Son xəbərlər

Orphus sistemi