Donorlar və Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit Okean regionunda ən həssas əhaliyə dəstək olmaq üçün Asiya İnkişaf Fondunu (ADB-nin iri grant mənbəyi) 5 milyard ABŞ dolları məbləğində artırılması barədə qərar qəbul ediblər.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Bu öhdəlik ADB-nin illik toplantısı çərçivəsində qəbul edilib.
Asiya İnkişaf Fondunun büdcəsi hər 4 ildən bir artırılır və ADF14 fondun yarandığı gündən bəri büdcəyə 13-cü əlavədir.
ADF14, ADF13 çərçivəsində mövcud olan 4,1 milyard ABŞ dollarından təxminən 22 % yüksəkdir.
“Qrantlar həmişəkindən daha vacibdir. Çünki ən yoxsul və həssas üzvlərimiz son inkişaf uğursuzluqlarını aradan qaldırmağa və iqlim böhranı ilə mübarizə üçün təcili tədbirlər görməyə çalışırlar”, - o bildirib.
ADF14 proqramı iqlim dəyişikliyinə uyğunlaşmanın və fəlakət riskinin azaldılmasında mühüm rol oynamağa davam edəcəkdir.
2,5 milyard ABŞ dollarından çox vəsait və ya artırılan məbləğin 51 %-i yeni ölkələrin (Gürcüstan və Ermənistan) də daxil olmaqla donor ianələri ilə maliyyələşdiriləcəkdir.