ADB gələn il Azərbaycanda iqtisadi artım gözləyir

ADB gələn il Azərbaycanda iqtisadi artım gözləyir Qurumun bu illə bağlı proqnozu özünü doğrultmayıb
Maliyyə
4 Oktyabr , 2017 16:41
ADB gələn il Azərbaycanda iqtisadi artım gözləyir

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Neft gəlirləri ilə zəngin Azərbaycanın iqtisadiyyatı bu il 1,3% geriləyib, amma gələn il irəliləyəcək". 

“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov deyib.

Xatırladaq ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,1% azalacağını proqnozlaşdırırdı. 

“İqtisadi geriləmə neftin ucuzlaşması ilə bağlıdır. Üstəlik bu ilin I yarısında ölkədə neft hasilatı 9% azalıb. Halbuki 2016-cı ilin eyni dövründə azalma cəmi 0,4% təşkil edib”, - deyə o qeyd edib. 

ADB rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanın dövlət gəlirlərinin, təxminən, 75%-i və ÜDM-in 45%-i neft və qazın hesabına formalaşır. 

Son xəbərlər

Orphus sistemi