Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 3,7 % olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri 2022” hesabatında bildirilir.
Sənədə əsasən, gələn il isə Azərbaycan iqtisadiyyatı 2,8 % böyüyəcək.
Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır.
Xatırladaq ki, bu ilin 2 ayında Azərbaycanda istehsal olunmuş ÜDM-in dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % artaraq 19 milyard 175,2 milyon manata, o cümlədən qeyri neft-qaz ÜDM-nin dəyəri 10,1 % artaraq 9 milyard 689,9 milyon manata çatıb. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 910 manat olub ki, bu da illik müqayisədə 6,3 % çoxdur.