ADB: "Bu il Azərbaycanda adambaşına düşən ÜDM 2,5 % artacaq"

ADB: "Bu il Azərbaycanda adambaşına düşən ÜDM 2,5 % artacaq" Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri 2022-ci illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.
Maliyyə
4 Aprel , 2023 10:53
ADB: Bu il Azərbaycanda adambaşına düşən ÜDM 2,5 % artacaq

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri 2022-ci illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə bankın “Asian Development Outlook” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bank 2024-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM artımın 2,8 % olacağını gözləyir.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda adambaşına düşən ÜDM-nin bu il 3 %, gələn il isə 3,2 % böyüyəcəyini proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun dəyəri 43,4 % artaraq 13 292 manat olub.
2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 4,6 % çox ÜDM istehsal olunub.

Son xəbərlər

Orphus sistemi