ADB Azərbaycanda effektiv iqtisadi siyasətin idarəedilməsinə dəstək olacaq

ADB Azərbaycanda effektiv iqtisadi siyasətin idarəedilməsinə dəstək olacaq layihənin dəyəri 380 min ABŞ dolları təşkil edir.
Maliyyə
11 Yanvar , 2021 11:24
ADB Azərbaycanda effektiv iqtisadi siyasətin idarəedilməsinə dəstək olacaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda daha effektiv iqtisadi siyasətin idarəedilməsi üçün biliklərin artırılması ilə bağlı texniki dəstək layihəsinin icrasına başlayıb. Layihə 2022-ci ilin sonuna qədər davam edəcək.

"Report" Banka istinadən xəbər verir ki, layihənin dəyəri 380 min ABŞ dolları təşkil edir və ADB-nin Texniki Dəstəklə bağlı Xüsusi Fondundan (TASF) maliyyələşəcək.

Layihə çərçivəsində dövlət idarəetməsi və institusional potensialın artırılması nəzərdə tutulur. Bununla yanaşı, layihə Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmasına töhfə verəcək.

Bilik və texniki dəstək Azərbaycanda sübut əsaslı iqtisadi siyasətin qurulması işini gücləndirəcək.

Məlumatda vurğulanır ki, layihə Asiya İnkişaf Bankının Azərbaycan üçün 2009-2022-cü il üzrə Əməkdaşlıq Strategiyası çərçivəsində həyata keçirilir və Bankın Azərbaycanda məlumatlandırma işini yaxşılaşdırılması üzrə əsas element kimi götürülür.

Qeyd edilib ki, Azərbaycanda 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra vacib iqtisadi dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı karbohidrogen məhsullarının ixracatı gəlirlərindən asılılığı nəticəndə xarici təsirlərə qarşı həssas olaraq qalır. Bununla yanaşı, hökumət 2016-cı ildən bəri qeyri-neft iqtisadiyyatının inkişafını sürətləndirmək üçün islahatlara əhəmiyyətli məbləğdə vəsait xərcləyir.

Texniki dəstək layihəsinin məqsədi: iqtisadi islahatlara yönəlmiş dövlət xərclərinin səmərəliliyinin artırılması. Texniki dəstək layihəsi nəticəsində iqtisadi siyasətin effektivliyini yaxşılaşdırmaq.

Məlumatda vurğulanır ki, Azərbaycan, həmçinin donor kimi fəaliyyət göstərməyə başlayıb. 2019-cu ilin noyabrında Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına 5 milyon ABŞ dolları, Asiya İnkişaf Fonduna 2 milyon ABŞ dolları və Avropa Yenidənqurma və İnkişaf Bankına 2 milyon ABŞ dolları məbləğindı vəsaitin ayırılmasını elan edib. Həmçinin, Azərbaycan 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolların ayırılması ilə bağlı qərar verib.

Son xəbərlər

Orphus sistemi