Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) idarəetmə risklərinin qiymətləndirilməsi ilə bağlı məsləhətləşmələr aparıb.
“Report” ABA-ya istinadən xəbər verir ki, ADB missiyası məsləhətləşmələr aparmaq üçün Azərbaycana səfər edib.
Missiya üzvləri tərəfindən idarəetmə risklərinin qiymətləndirilməsinin əsas tematik sahələrinə aid olan məlumatları toplamaq və istinad sənədlərindən əldə edilmiş məlumatı təsdiqləmək və yeniləmək üçün maraqlı tərəflərlə məsləhətləşmələr aparılıb.
Səfər çərçivəsində ADB-nin Baş Dövlət İdarəçiliyi mütəxəssisi, missiya rəhbəri Xose Luis Syquian, Baş İqtisadiyyat mütəxəssisi Nail Vəliyev, ADB-nin məsləhətçisi Dennis Lorne Nakarionun iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri və digər bankların nümayəndələri arasında görüş baş tutub.