ADB Azərbaycana koronavirusla mübarizədə texniki yardım göstərəcək

ADB Azərbaycana koronavirusla mübarizədə texniki yardım göstərəcək Texniki dəstək proqramı CAREC-a daxil olan ölkələri, həmçinin Qafqaz ölkələrini əhatə edir və ümumi dəyəri 3,9 milyon ABŞ dolları təşkil edir
Maliyyə
24 İyul , 2020 14:50
ADB Azərbaycana koronavirusla mübarizədə texniki yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (Central Asia Regional Economic Cooperation- CAREC) daxil olan ölkələrə, həmçinin Qafqaz ölkələrinə koronavirus pandemiyası ilə mübarizədə təcili-təxirəsalınmaz cavab tədbirlərini dəstəkləmək üçün texniki yardım ayırıb. Bu dəstək proqramı Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Özbəkistan və digər ölkələrdə icra ediləcək.

“Report” xəbər verir ki, texniki dəstək proqramın dəyəri 3,9 milyon ABŞ dolları təşkil edir. Bunun 3 milyon ABŞ dolları ADB-nin Texniki Yardım Xüsusi Fondu tərəfindən qrant şəklində, 500 min ABŞ dollarını Regional Əməkdaşlıq və İnteqrasiya Fondu tərəfindən veriləcək, 400 min ABŞ dolları Çin Xalq Respublikası Yoxsulluğun Azaldılması və Regional Əməkdaşlıq Fondu (ÇXR Fondu) tərəfindən maliyyələşdiriləcək.

ADB texniki yardım proqramını idarə edəcək və icraçı təşkilat olacaq. ADB-in Mərkəzi və Qərbi Asiya Departamentinin Sosial Sektor şöbəsi məsləhətçiləri seçəcək, proqramın icrasına nəzarət edəcək və qiymətləndirəcək, malların alınmasını asanlaşdıracaq, seminarlar təşkil etməyə kömək edəcək və CAREC katibliyi və müvafiq rezident nümayəndəlikləri ilə sıx əməkdaşlıq edəcək. Proqramın icra müddəti 2020-ci ilin iyulundan başlanılacaq 2023-cü ilin iyuluna qədər davam edəcək.

Proqramın icrasında məqsəd

Bu bilik və texniki yardımla bağlı dəstək CAREC-a daxil olan ölkələr arasında, həmçinin Qafqazda regional səhiyyə əməkdaşlığını genişləndirəcək. Dəstək regional siyasi dialoqları, bilik və bacarıqların mübadiləsini, səhiyyə sisteminin üzləşdiyi ümumi çətinlik və çağırışlarla bağlı daha koordinasiya edilmiş yanaşmanın yaradılmasını asanlaşdıracaq. Xüsusilə, texniki yardımla bağlı dəstək koronavirus pandemiyası ilə mübarizədə innovativ həlləri inkişaf etdirəcək və regional sağlamlıq təhdidlərinin birgə qarşısının alınması, mübarizə potensialı yaradacaq.Texniki yardımla bağlı dəstək koronavirus pandemiyası ilə mübarizədə və gələcəkdə yarana biləcək sağlamlıq təhdidlərinə vaxtında cavabdır.

Texniki yardımla bağlı dəstək Asiya İnkişaf Bankının “Strategiya 2030” proqramına uyğun olaraq kasıbçılıq və bərabərsizliyi azaltmaq üçün əsas prioritetidir və bu, hər kəs üçün sosial müdafiə sistemini və insan kapitalının inkişafını genişləndirəcək, bununla yanaşı, texniki dəstək proqramı səhiyyə sistemində insan kapitalının inkişafında gender bərabərliyinin təmin edilməsini artıracaq.

Bununla yanaşı, texniki yardım Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydalarına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün CAREC-a daxil olan ölkələrin qəbul etdiyi öhdəliklərə çatmağı dəstəkləyəcək.

Xəstəliyə yoluxan və artan yoluxucu xəstəliklərə yüksək həssaslıq

Baxmayaraq ki, regionda bütün ölkələr xəstəlik yükünü azaldırlar, lakin yenə də region bir sıra xəstəliklərə həssas olaraq qalır.

Son xəbərlər

Orphus sistemi