ADB: "Azərbaycan Rusiya-Ukrayna müharibəsindən faydalanıb"
- 21 sentyabr, 2022
- 05:36
Azərbaycan Rusiyanın Ukraynaya təcavüzü ilə artan əmtəə qiymətlərindən faydalanıb.
“Report” xəbər verir ki, bu barədə Asiya inkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, Rusiyanın Ukraynaya təcavüzü ilə artan qlobal qiymətlər əmtəəyə təbatatı və onun ixracını artırıb. Bu artımdan regionun xam neft və təbii qaz ixracatçıları - Azərbaycan, Bruney Darüssəlam, İndoneziya, Qazaxıstan, Malayziya, Papua Yeni Qvineya və Türkmənistana faydalanıb.
Bundan başqa, ərzaq qiymətlərinin artması, Qazaxıstandan gələn buğda daxil olmaqla Mərkəzi Asiya, Cənubi Asiya və Cənub-Şərqi Asiyada əmtəə ixracını dəstəkləyib.
Qafqaz və Mərkəzi Asiyada əsas və qiymətli metalların ixracı, may ayındakı ucuzlaşmadan əvvəl, fevral-aprel aylarında bahalaşma ilə dəstəklənib. Paralel olaraq, mart ayından etibarən rublun bahalaşması Rusiyay nominal ixracı artırıb.