ADB Azərbaycan manatı ilə ikinci istiqraz buraxıb

ADB Azərbaycan manatı ilə ikinci istiqraz buraxıb Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ikinci istiqraz emissiyası çərçivəsində 14,5 milyon manat (təxminən 8,5 milyon ABŞ dolları) cəlb edib.
Maliyyə
28 Noyabr , 2023 10:58
ADB Azərbaycan manatı ilə ikinci istiqraz buraxıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ikinci istiqraz emissiyası çərçivəsində 14,5 milyon manat (təxminən 8,5 milyon ABŞ dolları) cəlb edib.

“Report” ADB-yə istinadən xəbər verir ki, bu, ADB-nin inkişaf etməkdə olan üzv ölkələrin yerli valyutasında bu il buraxdığı beşinci gender istiqrazıdır.

Qeyd olunub ki, qadınlar və kənd təsərrüfatı işçiləri üçün kredit imkanlarını genişləndirmək məqsədi daşıyan istiqrazların tədavül müddəti 3 il, illik faiz dərəcəsi 6,25 % təşkil edir və kupon ödənişi yarımildə 1 dəfə keçiriləcək. İstiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır.

“İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Goldman Sachs International” tərəfindən təşkil olunub və istiqrazlara abunə iki Avropa institusional investoru – “Record” Valyuta İdarəetmə və “Capitulum Asset Management” tərəfindən olunub”, - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi