ADB Asiya və Sakit Okean regionu üzrə mühüm statistik hesabatını açıqlayıb

ADB Asiya və Sakit Okean regionu üzrə mühüm statistik hesabatını açıqlayıb Bu ilin hesabatında yeni mövzular yer alıb
Maliyyə
8 Sentyabr , 2017 11:30
ADB Asiya və Sakit Okean regionu üzrə mühüm statistik hesabatını açıqlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) 2017-ci ilin “Asiya və Sakit Okeanı Regionu üzrə Əsas Göstəricilər”ini açıqlayıb. 

“Report”un bankın Azərbaycan nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, hesabat ADB-nin regiondakı 48 üzv ölkəsinin üzrə iqtisadi, maliyyə, sosial və ətraf mühitlə bağlı ən son göstəriciləri əsasında hazırlanlb. 

“2017-ci ilin “Əsas Göstəricilər”i ADB-yə üzv ölkələr, tədqiqatçılar, mətubat və vətəndaşlar üçün regionun inkişaf tərəqqisinin monitorinqi məqsədilə faydalı alət olacaq. Məlumatlar inkişaf məqsədlərinə nail olmaq məqsədilə qərar qəbuledici şəxslər üçün siyasətin prioritetləşdirilməsində vacib rol oynayır və hesabat inkişafla bağlı müxtəlif mövzularda müqayisəli statistikaları bir araya gətirir” - ADB-in baş iqtisadçısı Yasuyuki Sauada bildirib. 

Bu ilin hesabatında əsas əlavələrdən biri ADB-nin tədqiqatçılarının 3 pilot sorğu vasitəsilə həyata keçirdikləri cinsə görə ayrılan məlumatların təhlilidir. İnkişaf məqsədlərinə nail olma və qadınların akitvlərə sahib olması arasında əlaqənin olması ilə bağlı mühüm faktların mövcud olmasına baxmayaraq, 2030-cu ilin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə tərəqqinin monitorinqi üçün tələb olunan cinsə görə ayrılan belə məlumatlar məhdud saydadır. Pilot sorğular fərdi səviyyədə aktivlərə sahiblik üzrə zəngin məlumatları meydana çıxarıb və bu mövzuda gələcəkdə statistik təhlil üçün dəyərli dərsləri təmin edir. 

Bu ilin hesabatında digər mövzular da yer alıb. Məsələn, bunlardan biri Asiya və Sakit Okeanı Regionunda DİM göstəriciləridir. Hesabatda beş mövzu - insanlar, planet, rifah, sülh və tərəfdaşlıq çərçivəsində irəliləyişlər qiymətləndirilir. 

Xatırladaq ki, baş qərargahı Manilada yerləşən ADB öz fəaliyyətini Asiya və Sakit Okeanı Regionunda inkluziv iqtisadi artım, ətraf mühit üzrə davamlı artım və regional inteqrasiya vasitəsilə yoxsulluğun azaldılmasına həsr edir. 1966-cı ildə əsası qoyulmaqla, ADB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. Təşkilata 67 ölkə üzvdür, bunlardan 48-i regiondandır. 2016-cı ildə 14 mlrd. dollarlıq maliyyələşdirmə ilə birgə ADB-in yardımı 31,7 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi