“Accessbank” plastik kartlar üzrə endirimli və uduşlu kampaniyaya başlayır

“Accessbank” plastik kartlar üzrə endirimli və uduşlu kampaniyaya başlayır Bakı. 27 noyabr. REPORT.AZ/ “Accessbank” QSC yeni “iPhone X” qazanmağa imkan verən, plastik kartlar üzrə “Hər tərəfdən sərfəli” adlı endirimli və uduşlu kampaniyaya başlayır.
Maliyyə
27 Noyabr , 2017 12:25
“Accessbank” plastik kartlar üzrə endirimli və uduşlu kampaniyaya başlayır

Bakı. 27 noyabr. REPORT.AZ/ “Accessbank” QSC yeni “iPhone X” qazanmağa imkan verən, plastik kartlar üzrə “Hər tərəfdən sərfəli” adlı endirimli və uduşlu kampaniyaya başlayır.

“Report” banka istinadən xəbər verir ki, gələn il yanvarın sonuna qədər davam edəcə kampaniya çərçivəsində “Mastercard Debit”, “Mastercard Standard”, “Mastercard Gold”, “Visa Classic” və “Visa Gold” kartlarını 50% endirimlə əldə etmək mümkün olacaq.

Bundan başqa, kampaniya müddətində “Accessbank”ın “Visa” və “Mastercard” kart sahibləri nağdsız ödəniş etməklə 2 ədəd yeni “iPhone X” qazanmaq imkanı əldə edəcəklər.

Uduşlu kampaniyada iştirak etmək üçün, maaş kartları və “Visa Business” kartları istisna olmaqla, digər kartlarla ölkə ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 manat (və yaxud valyuta ekvivalenti) və ondan yuxarı məbləğdə nağdsız əməliyyat aparmaq (uduşda iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.

Qaliblər əməliyyatların hesabatı nəticəsində seçiləcək. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat edən 2 müştəri yeni “iPhone X” qazanacaq.

“Accessbank”ın kartlarını, Bankın ölkə ərazisində mövcud olan geniş filial şəbəkəsindən və yaxud http://accesscard.az linkindən onlayn sifariş etmək mümkündür.

Öz rəqabətqabiliyyətliliyi ilə seçilən “Accessbank”ın beynəlxalq ödəniş kart çeşidləri vasitəsilə “myAccess” onlayn bankinq, SMS-məlumatlandırma, “Card-to-Card”, “Cash by Code”, “3D Secure” və s. xidmətlərdən də istifadə etmək mümkündür.

Ətraflı məlumatı bankın rəsmi internet saytından (www.accessbank.az), “Facebook”“Twitter” sosial şəbəkələrindəki səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi