“Accessbank”ın rəhbərliyinə yeni təyinat olub

“Accessbank”ın rəhbərliyinə yeni təyinat olub Bakı. 19 dekabr. REPORT.AZ/ “Accessbank” QSC-nin İdarə Heyətinə (İH) yeni sədr müavini və baş maliyyə inzibatçısı təyin edilib.
Maliyyə
19 Dekabr , 2017 09:56

Bakı. 19 dekabr. REPORT.AZ/ “Accessbank” QSC-nin İdarə Heyətinə (İH) yeni sədr müavini və baş maliyyə inzibatçısı təyin edilib.

“Report” Banka istinadən xəbər verir ki, bu, Albrext Sabelusdur.

O, “Accessbank”da 2017-ci ilin aprel ayından işləyir, bundan əvvəl isə 20 ildən artıq bir müddətdə Almaniyanın və İsveçin qlobal miqyasda fəaliyyət göstərən “WestLB” və “SEB” banklarında maliyyə, risk idarəçiliyi və əməliyyatlar sahəsində çalışıb. Ümumilikdə, 12 il ərzində A.Sabelus “WestLB” bankının Şanxay, Honq-Konq, Tokio və Moskvadakı ofislərində COO/CFO vəzifəsində fəaliyyət göstərib.

“Accessbank”ın IH-nin yeni üzvü Almaniyanın Münster Universitetini biznes administrasiyası ixtisası üzrə bitirib, milliyyətcə almandır, ingilis və rus dillərini mükəmməl bilir.

Son xəbərlər

Orphus sistemi