"AccessBank"ın depozit portfeli artıb

Maliyyə
  • 16 noyabr, 2016
  • 07:31
AccessBankın depozit portfeli artıb

Bakı. 16 noyabr. REPORt.AZ/ "Accessbank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 2016-cı il oktyabrın 1-nə 1 054 088,9 min manat təşkil edib.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə xalis kreditlər və lizinqlərin həcmində isə 19,6% azalma qeydə alınıb. Depozit portfeli 5,63% artaraq 269 177 min manata yüksəlib. Azərbaycan Mərkəzi Bankının "Accessbank"a qarşı tələbləri də ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 30 mln. manata çatıb. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 50% artıb.

Cari il oktyabrın 1-nə Bankın məcmu kapitalı 74,284 mln. manat, nizamnamə kapitalı 85 mln. manat təşkil edib, bölüşdürülməmiş xalis zərər 16,123 mln. manat olub (2015-ci ilin eyni dövründə - 67,267 mln. manat).

Son xəbərlər

Bütün Xəbər Lenti