"AccessBank" iki nominasiya üzrə mükafata layiq görülüb

"AccessBank" iki nominasiya üzrə mükafata layiq görülüb Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) AccessBank-ı iki nominasiya üzrə mükafata layiq görüb.
Maliyyə
3207
20 Dekabr , 2018 17:11
AccessBank iki nominasiya üzrə mükafata layiq görülüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) AccessBank-ı iki nominasiya üzrə mükafata layiq görüb.

Belə ki, ABA-nın keçirdiyi "Bankçılıq mükafatları - 2018" adlı tədbirdə AccessBank "Korporativ sosial məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi" nominasiyaları üzrə mükafatlandırılıb.

Mükafat AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilovaya təqdim olunub.

Bu il AccessBank-ın Korporativ sosial məsuliyyət siyasətinin ana xətti kimi təhsil sahəsinin müəyyən olunduğunu yada salan departament direktoru bildirib ki, bu baxımdan mükafatlar bankın siyasətinin effektiv olduğunu göstərir: "2018-ci il ərzində Korporativ sosial məsuliyyət siyasətimiz çərçivəsində reallaşdırdığımız layihələr, xüsusilə təhsilə göstərdiyimiz dəstək həm müştərilərimiz, həm kollektivimiz, həm də ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanıb. Sevindiricidir ki, Azərbaycan Banklar Assosiasiyası da fəaliyyətimizə yüksək qiymət verib".

Son xəbərlər

Orphus sistemi