Bu gün “AccessBank” QSC-nin fəaliyyətə başlamasından 22 il keçir.
“Report” xatırladır ki, maliyyə qurumu Azərbaycan bazarına 2002-ci il oktyabrın 29-da Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “KfW” and “LFS Financial Systems”in birgə təsisçiliyi ilə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi daxil olub, 2008-ci ildə isə rebrendinq edib.
Bank bu illər ərzində böyük inkişaf yolu keçib, bir sıra uğurlara imza atıb, uzun illər mikromaliyyələşdirmə ilə məşğul olsa da, hazırda pərakəndə satış bazarında da fəaliyyətini genişləndirməkdədir.
Hazırda “AccessBank”ın Bakıda və bölgələrdə ümumilikdə 35 filialı var. Bankın kredit porteli 1,1 milyard manatı üstələyib.
Kredit təşkilatı təxminən 1 400 əməkdaşı ilə 232 min müştəriyə xidmət göstərir.