"Accessbank"ın depozit portfeli ilin əvvəlindən artıb
- 22 aprel, 2017
- 10:50
Bakı. 22 aprel. REPORT.AZ/ "Accessbank" QSC-nni aktivləri ilin əvvəlindən 6,1% azalaraq cari il aprelin 1-nə 993 814 min manat təşkil edib.
"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu müddətdə xalis kredit və lizinqlərin həcmi də 9,89% azalaraq 539 577 min manat olub. Hesabat dövründə bankın cəmi öhdəlikləri 7,94% azalaraq cari il aprelin 1-nə 926 466 min manata enib. Depozit portfeli isə 5,95% artaraq 301 795 min manata yüksəlib. Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbləri 30 mln. manat səviyyəsində qalıb.
Bank bu ilin birinci rübü ərzində 21 837 min manat zərər edib.
Qeyd edək ki, “AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", "LFS Financial Systems GmbH" adlı alman konsaltinq şirkəti və "Access Holdinq" tərəfindən yaradılıb.