“Access Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 12 iyul, 2024
  • 13:41
“Access Bank maliyyə vəziyyətini açıqlayıb

“Access Bank” QSC bu ilin I yarısını 27,197 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 19,469 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Access Bank”ın gəlirləri 116,393 milyon manat (illik müqayisədə 18 % çox), xərcləri 83,498 milyon manat (12,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,122 milyon manat (36,9 % az), mənfəət vergisi ödəmələri isə 2,576 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə “Access Bank”ın aktivləri 1 milyard 478,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,2 % çoxdur. Bunun 1 033,239 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,6 % böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 11 % artaraq 1 milyard 313,793 milyon manata, o cümlədən depozit portfeli 4,5 % artaraq 1 029,725 milyon manata, balans kapitalı isə 23,6 % artaraq 164,873 milyon manata çatıb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 270,107 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).

Son xəbərlər

Bütün Xəbər Lenti