“Access Bank" bu ilin I rübünü mənfəətlə başa vurub

“Access Bank" bu ilin I rübünü mənfəətlə başa vurub Bank rüb ərzində 135 min manat mənfəət əldə edib
Maliyyə
23 Aprel , 2021 15:40
“Access Bank bu ilin I rübünü mənfəətlə başa vurub

“Access Bank” QSC bu ilin I rübünü 135 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 94,5 % və yaxud 18,3 dəfə azdır.

Yanvar-mart aylarında “Access Bank”ın gəlirləri 23,894 milyon manat (illik müqayisədə 15,6 % az), xərcləri 24,651 milyon manat (7,8 % az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 892 min manat (0,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Access Bank”ın aktivləri 847,944 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,3 % azdır. Bunun 477,235 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,4 % kiçilib.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 5,8 % azalaraq 752,219 milyon manat, o cümlədən depozit po rtfeli 4,3 % artaraq 613,751 milyon manata, balans kapitalı isə 1 % azalaraq 95,725 milyon manat təşkil edib.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89 %), Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), Hollandiya İnkişaf Bankı (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), “Responsability Management Company S.A.” (7,11 %), “Responsibility SICAV (Lux)” (2,91 %), EFSE (2,78 %), “Symbiotics SICAV (Lux)” (2,27 %), GGF (1,77 %), “LFS Advisory GmbH” (1,27 %), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58 %).

Son xəbərlər

Orphus sistemi