“Access Bank"ın mənfəəti kəskin artıb

Maliyyə
  • 24 yanvar, 2023
  • 12:58
“Access Bankın mənfəəti kəskin artıb

“Access Bank” QSC 2022-ci ili 15,037 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 13,6 dəfə çoxdur.

Ötən il “Access Bank”ın gəlirləri 153,633 milyon manat (əvvəlki illə müqayisədə 37,2 % çox), xərcləri 129,299 milyon manat (16,8% çox), xüsusi ehtiyatlara ayırmaları isə 9,297 milyon manat (58,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Access Bank”ın aktivləri 1 168,855 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,4 % çoxdur. Bunun 779,569 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,6 % böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 25,3 % artaraq 1 056,093 milyon manata, o cümlədən depozit portfeli 24,7 % artaraq 860,054 milyon manata, balans kapitalı isə 26,1 % artaraq 112,762 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,4 % artaraq 270,107 milyon manata çatıb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).

Son xəbərlər

Bütün Xəbər Lenti