“Access Bank”a yeni baş və icraçı direktorlar təyin olunub

“Access Bank”a yeni baş və icraçı direktorlar təyin olunub Bu gündən “Access Bank” QSC-də əməliyyatlar üzrə yeni baş direktor fəaliyyətə başlayır.
Maliyyə
1 İyun , 2021 15:22
“Access Bank”a yeni baş və icraçı direktorlar təyin olunub

Bu gündən “Access Bank” QSC-də əməliyyatlar üzrə yeni baş direktor fəaliyyətə başlayır.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, bu, "Access Bank"ın informasiya texnologiyaları üzrə keçmiş icraçı direktoru Zəhra Zeynalovadır. O, yeni vəzifəsində səlahiyyət müddəti başa çatmış Natia Beriyanı əvəz edəcək. Z.Zeynalova 14 ildir ki, “Access Bank”da fəaliyyət göstərir. O, bu illər ərzində Bankda sıravi əməkdaşdan rəhbər vəzifəsinə qədər yüksəlib.

"Access Bank"ın informasiya texnologiyaları (İT) üzrə yeni icraçı direktoru isə Dmitriy Kazanidir. O, həm də Bankın Kartlar və Biznesə Dəstək Departamentlərinə nəzarət edəcək. D.Kazani İT sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, “Access Bank”da fəaliyyətinə 2017-ci ildə İT üzrə mühəndisliyin optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən bu ilin may ayına qədər Bankın informasiya texnologiyaları şöbəsinin müdiri olub.

Son xəbərlər

Orphus sistemi