​ABŞ fond indeksləri enib

​ABŞ fond indeksləri enib Avropa fond bazarlarında isə indekslər fərqli dinamika nümayiş etdirir
Maliyyə
30 Oktyabr , 2014 05:32
​ABŞ fond indeksləri enib
Bakı. 30 oktyabr. REPORT.AZ/. Oktyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 974 bəndədək, S&P 500 0,1% - 1 982 bəndədək, Nasdaq 0,3% - 4 549 bəndədək enib. “Report”un xəbər verdiyi kimi, ABŞ fond indekslərinin enməsi Federal Ehtiyat Sistemi tərəfindən qəbul edilən qərarlardan sonra baş verib. Belə ki, ilk növbədə FES baza faiz dərəcəsini 0-0,25% dəhlizində saxlayıb, ikincisi isə elan edib ki, istiqrazların geri alınması proqramı bu ay başa çatacaq.

Avropa fond bazarlarında oktyabrın 29-da FTSE 100 indeksi 0,8% - 6 454 bəndədək, Almaniya DAX-ı 0,2% - 9 083 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,1% - 4 111 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 212,80 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2594 dollar (-1,1%) təşkil edir.

Son xəbərlər

Orphus sistemi