"Azərsu" ASC Abşeron rayonunun Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Archico" MMC-dir.
Qalib şirkətə 9,377 milyon manat ödəniləcək.