ABŞ şirkətləri son 6 ilin ən yüksək mənfəətini əldə ediblər

ABŞ şirkətləri son 6 ilin ən yüksək mənfəətini əldə ediblər Bu məsələdə dolların ucuzlaşması da rol oynayıb
Maliyyə
31 İyul , 2017 15:37
ABŞ şirkətləri son 6 ilin ən yüksək mənfəətini əldə ediblər

Bakı. 31 iyul. REPORT.AZ/ İri ABŞ şirkətləri ardıcıl 2 rübdür ki, ikirəqəmli mənfəət artımı göstəricisinə nail olurlar. 

"Report" "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, oxşar vəziyyəti bundan əvvəl 2011-ci ildə qeydə alınıb. 

Buna səbəb kimi xərclərin azaldılması, dolların ucuzlaşması, əhalinin istehlak qabiliyyətinin artması göstərilir. 

"Thomson Reuters" agentliyindən verilən məlumatda bildirilir ki, "S&P 500" indeksinə daxil olan şirkətlərin II rübdə mənfəəti orta hesabla 11% artım nümayiş etdirib. İlk rübdə isə bu göstərici 15% təşkil edib. Həmçinin, qeyd edilir ki, şirkətlərin mənfəəti Donald Tramp administrasiyasında problemlərin qalmasına baxmayaraq artmaqa davam edir. Şirkətlərin satışının II rübdə 5% artdığı, dolların ucuzlaşmasının isə ixracı artırdığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi